Türkiyə parlamentinin sədri: “Quldur dövlət yenə dinc əhalini hədəf aldı”

03:50 17-10-2020 6

“Quldur dövlət Ermənistanın Gəncə və Mingəçevir şəhərlərinə təşkil etdiyi raket hücumlarında yenə günahsız dinc əhali hədəf alındı”. 

Bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “Twitter” hesabında yazıb.

“Hələ də bu müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayətin ortağı olaraq ittiham olunacaqlarını da bilməlidirlər”, - deyə M.Şəntop bildirib.