İranlı fotoqrafın gözü ilə ermənilərin xarabalığa çevirdikləri işğalda olan torpaqlarımız – FOTO

00:20 17-10-2020 5

İranlı fotoqraf Mohsen Hadi hazırda işğal altında olan Cəbrayıl rayonunun Araz çayı ilə sərhəd kəndlərinin və tarixi Xudafərin körpüsünün şəkillərini çəkib.

M.Hadi fotokamerasının obyektivinə köçürdüyü şəkilləri öz “Facebook” hesabında paylaşıb.

“Adi gözlə erməni işğalçılarının insanların evlərinə nə etdiyini görə bilərik. Mənim xalqım bu işğalın şahidi olub və indi böyük şövqlə onun azadlığını gözləyir” – M. Hadi sosial şəbəkə hesabında paylaşdığı fotolara şərh olaraq yazıb.