Fransada valideyn müəllimin başını kəsib - VİDEO

23:05 16-10-2020 4

Paris ətrafı bölgədə tarix və coğrafiya müəlliminin başı kəsilib.

Bu barədə “Mash” “Telegram” kanalında məlumat yayılıb.

İlkin məlumata görə, hadisənin səbəbi Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlıdır.

Belə ki, müəllim uşaqlara söz azadlığı haqqında danışarkən bu karikaturalardan istifadə edib.

Bu fakt valideynlərdən birinin hiddətinə səbəb olub. Məktəbə gələn kişi müəllimi qətlə yetirib.

O, hadisədən bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb.

Bu səbəbdən Fransanın daxili işlər naziri iş səfərini yarımçıq qoyaraq Parisə qayıdıb.