Zelenski Türkiyədə: “Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik”

17:25 16-10-2020 5

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdədir.

“Haber7” məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən qapalı görüş yerli vaxtla 15:00-da başlayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Ukrayna lideri Türkiyə ilə güclü strateji tərəfdaşlıq əlaqələrini qiymətləndirib:

“Biz yalnız qonşu deyilik. Birlikdə dünyaya hər bir millətin səsinin tam eşidilməli olduğunu deyirik. Bu və daha çox şey bizi birləşdirir”.

O qeyd edib ki, Türkiyənin tutarlı, tam səmimi dəstəyini və ərazi bütövlüyünün qorunması üçün göstərdiyi köməyi gələcək Ukrayna nəsilləri unutmayacaq.