Fransanın qırmızı bülletenlə axtarışa verdiyi terrorçu Türkiyədə saxlandı

14:50 16-10-2020 3

Fransa tərəfindən qırmızı bülletenlə axtarılan İŞİD terrorçusu Sumaya Raissi Türkiyənin Adana şəhərində yaxalanıb.

Bu barədə “Star” məlumat yayıb.

Bildirilib ki, Adana polisinə Tunis əsilli terrorçunun şəhərdə olması barədə kəşfiyyat məlumatı daxil olub. Hüquq-mühafizə orqanları əməliyyat keçirərək şəhərdə Suriya pasportu ilə gəzən terrorçunu saxlayıblar.