Bakıda mənzildən 10 min manata yaxın oğurluq olub

13:25 16-10-2020 4

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılıb.