Azərbaycanda 9 ayda ÜDM-in dəyəri 52 milyard manat olub

12:30 16-10-2020 3

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52 milyard 74 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz, neft-qaz sektorunda isə 6,4 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 222,5 manata bərabər olub. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

ÜDM istehsalının 34,7 faizi sənaye, 11,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb.