Ağdamda üç cəbhəyanı kəndin yolunun yenidən qurulub

10:50 16-10-2020 5

Ağdam rayonunda üç cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolunda yenidənqurma işləri həyata keçirilib. 

Qeyd edək ki, 2018-2020-ci illər ərzində Ağdam rayonu ərazisində cəbhəyanı kəndlər üstünlük təşkil etməklə, 50 minə yaxın əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 51.3 km avtomobil yolu yenidən qurulub və bərpa edilib.