Bakıda polis əməkdaşı qəzaya düşdü: Yaralılar var - FOTO

15:50 17-09-2020 2

Bakıda kuryer xidməti göstərən motosikletçi polis motosikletinə çırpılıb. 

milletinsesi.info-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Füzuli küçəsində qeydə alınıb.

Belə ki, kuryer xidməti göstərən sürücü motosikleti ilə 10-P-054 nömrəli polis motosikletini vurub.

Hadisə nəticəsində polis əməkdaşı və digər motosikletin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis əməkdaşı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına, digər yaralı isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov