Rusiyada narkoloji klinikada yanğın: Ölənlər və yaralılar var - VİDEO

15:44 17-09-2020 3

Rusiyanın Krasnoyarsk şəhərində özəl narkoloji klinikada yanğın baş verib.

Bununla bağlı “RİA Novosti” Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər yayıb.

Bildirilib ki, yanğın nəticəsində xəsarət alan altı nəfərin dördü ölüb.

Həmçinin 16 nəfərin xilas edildiyi qeyd olunub.