İntiqam Babayev: “Elə təşkilat var ki, qrant müsabiqəsi zamanı fəallaşır”

15:36 17-09-2020 3

“Azərbaycanda 300-dən çox gənclər təşkilatı var. Demək olmaz ki, onların hamısını eyni səvviyyədə fəaldır”.

Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.

Onun sözlərinə görə, bu təşkilatların fəaliyyətini üç yerə bölmək olar:

“Birinci bu missiyanı dərk edənlərlərdir. Həmin təşkilatlar öz tövhələrini veriblər. Bu, 300 təşkilatın yarısını təşkil edir. Digər hissələrdən biri ara-sıra adını eşitdiyimiz təşkilatlar. Elə təşkilat var ki, qrant müsabiqəsi zamanı fəallaşırlar”.

“Dünyada gedən prosesləri nəzərə alsaq, Azərbaycanda gənclər təşkilatlarının fəaliyyətini yaxşı qiymətləndirirəm”, - deyə nazir müavini qeyd edib.

İlhamə Əbülfət