Vahid Ələkbərovun şirkəti yenidən Rusiyanın ən böyük özəl şirkətləri reytinqində birinci oldu

14:43 17-09-2020 5

“LUKOYL” şirkəti yenidən Rusiyanın ən böyük özəl şirkəti reytinqinə rəhbərlik edib.

Bu barədə “Forbes” məlumat yayıb.

Ötən il şirkətin gəliri 7 trilyon 841 miyard rubla bərabər olub.

Reytinqdə ilk beşlik dəyişməyib. Beləliklə, 1 trilyon 814 milyard rubl gəlirlə “Surqutneftegaz” yenidən ikinci, 1 trilyon 734 milyard rubl gəlirlə “X5 Retail Group” üçüncü, 1 trilyon 369 milyard rubl gəlirlə “Maqnit” dördüncü, 932 milyard 200 milyon rubl gəlirlə “Tatneft” isə beşinci olub.

Rusiya Federasiyasındakı ən böyük müstəqil təbii qaz istehsalçılarından biri olan “Novatek” bir il əvvəl olduğu kimi yenidən 877 milyard 800 milyon rubl gəlirlə altıncı yeri tutub. Növbəti pillələrdə “Norilskiy nikel”, “Evraz”, “Meqapolis” və “Novolipetskiy metallurqiçeskiy kombinat” qərarlaşıb.

Ümumilikdə reytinqə daxil olan 200 özəl şirkətin 2019-cu ildə ümumi gəlirlərinin həcmi 45 trilyon 300 milyard rubl təşkil edib.

Qeyd edək ki, “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərovdur.

Xəbər lenti