Sosial məsafəni qoruyan alman komandası 37 qol buraxdı

12:27 17-09-2020 5

Almaniyada keçirilən futbol qarşılaşmasında unikal hesab qeydə alınıb.

Bu barədə “Match TV” məlumat yayıb.

“Ripdorf/Moltsen II” klubu “Holdenştedt”lə qarşılaşmada 0:37 hesabı ilə məğlub olub. Bu cür hesabın qeydə alınması məğlub komandanın sosial məsafə qaydasını gözləməsi ilə ortaya çıxıb.

Belə ki, qarşılaşmadan əvvəl “Holdenştedt”in oyunçularının koronavirusa yoluxmuş şəxslə əlaqədə olduğu bildirilib. “Ripdorf” qarşılaşmanın təxirə salınmasını istəsə də, bu tələb qəbul edilməyib. Əksinə klub meydana çıxmayacağı halda böyük məbləğdə cərimələnməklə təhdid edilib.