Bakıda üç nəfər köməksiz qaldı

09:06 17-09-2020 6

Bakı şəhərinin Binəqədi, Nərimanov və Yasamal rayonları üzrə liftdə üç nəfər köməksiz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə üç müraciət daxil olub. 

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.