Məşhur rep ifaçısı boşanır - FOTO

18:54 16-09-2020 3

Məşhur rep ifaçısı Karbi Bi əri ilə boşanır.

Bu barədə “Sky News” xəbər yayıb.

Kadi Bi hip-hop ifaçısı olan Offsetlə 2017-ci ildə gizli şəkildə evlənmişdi. Məşhur cütlüyün bir qızı var.

Boşanma ərizəsində Kardi Bi əri ilə münasibətlərinin geriyə dönüşü olmayacaq şəkildə pozulduğunu və uzun müddətdir biri-birlərindən ayrı yaşadıqlarını bildirib.