Azərbaycanlı azarkeşlərindən “Qalatasaray”a möhtəşəm qarşılama - VİDEO

17:11 16-09-2020 6

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandasını azərbaycanlı azarkeşləri tək qoymayıb.

Bu barədə “UltrAslan Azərbaycan”ın “Twitter” hesabında video yayımlanıb.

Qardaş ölkə təmsilçisinin azərbaycanlı azarkeşləri “Qalatasaray”lı futbolçuların olduğu avtobusun hava limanından şəhər istiqamətində hərəkət etdiyi yolda yerləşən körpülərdən birində qarşılama mərasimi təşkil edib, körpüyə müxtəlif plakatlar asılıb. Plakatlardan birində türk dilində yazılmış “Hoş geldin, gönüllerin efendisi” sözləri diqqət çəkib.  

Qeyd edək ki, “UltrAslan Azərbaycan” “Qalatasaray”ın Azərbaycandakı ən böyük fanklubudur.