Bakıda xəstəxanada 6 aylıq körpə pnevmoniyadan öldü

12:56 16-09-2020 2

Bakıdakı xəstəxanalardan birində körpə ölüb.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxasında qeydə alınıb. Altı aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.