“Skoda”dan növbəti kampaniya: 5-ə 1! - FOTO

10:43 16-09-2020 2

“Skoda” Bakı Mərkəzindən növbəti kampaniya: 5-ə 1! Belə ki, indi etdiyiniz hər əlavə 5 faiz ilkin
ödəniş sizə əlavə 1 faiz endirim qazandırır.

Nümunə üçün: 50 000 AZN dəyərində olan “Skoda Kamiq” modeli üçün 20 faiz ödəniş etdiyiniz zaman avtomobilin ümumi qiymətinə əlavə 1 faiz endirim tətbiq edilir.

Müvafiq olaraq

25 faiz ilkin ödəniş üçün 2 faiz,

30 faiz ilkin ödəniş üçün 3 faiz,

35 faiz ilkin ödəniş üçün 4 faiz,

40 faiz ilkin ödəniş üçün isə 5 faiz endirim nəzərdə tutulur.

Yəni, “Skoda Kodiaq” üçün 40 faiz ilkin ödəniş etdiyiniz zaman avtomobilin qiyməti 74 900 AZN
yerinə, 71 155 AZN təşkil edəcək. Bu halda ilkin ödəniş üzrə müştəri 900 AZN, ümumi
ödənilən məbləğdə isə 4 700 AZN güzəşt əldə edir.

Kredit şərtləri minimal 15 faiz ilkin ödəniş və illik 16% olaraq nəzərdə tutulur.

Qeyd edək ki, il yarımlıq fəaliyyəti dövründə “Skoda” Bakı Mərkəzi yüksək keyfiyyətli modelləri ilə müştərilərinin etibarını qazanıb. Burada təqdim edilən “Skoda Kodiaq”, “Karoq”, “Kamiq”, “Scala”, “Fabia Combi” və “Superb” modelləri sərfəli kredit şərtləri ilə təqdim edilir.

Qeyd olunan güzəştli şərtlərdən yararlanmaq üçün “Skoda” Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz.

Avtosalonlar Babək prospekti 74 ünvanında yerləşir.

Ətraflı sual və məlumat üçün isə *5544 qısa nömrəsinə zəng etməyiniz kifayətdir.