Təmizlikçilərin aksiyası böyük maraqla qarşılandı – FOTO

02:21 16-09-2020 5

Türkiyənin Ordu vilayətində təmizlik işçiləri maraqlı aksiyaya imza atıblar. Belə ki, onlar piknik sahəsində topladıqları 200 zibil torbası ilə Qaradəniz sakinlərinin ləhcəsində “Atma daa!” yazıblar.

“Haber Global”ın məlumatına görə, aksiya sosial şəbəkədə maraqla qarşılanıb.

Bundan əvvəl analoji aksiya Kırklareli vilayətində keçirilmişdi. Həmin vaxt təmizlik işçiləri zibil torbaları ilə “Ayıp be ya…” (“Ayıbdır axı”) yazmışdılar.