ABŞ-da afroamerikalının ölümünə görə polis rəhbəri işdən qovuldu

17:07 15-09-2020 5

ABŞ-ın Nyu-York ştatının Roçester şəhər polis idarəsinin rəhbəri Laron Sinqlteri şəhərdə afroamerikalının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra ölümü hadisəsi ilə əlaqədar başlayan etirazlar fonunda işdən azad edilib.

Bu barədə TASS məlumat yayıb.

Müvafiq qərarı şəhər meri Lavli Uorren qəbul edib.

“Roçester polis idarəsində ən ciddi problemlərin mövcudluğu haqqında şübhələrin ədalətli olmasına əminlik yarandı”, - deyə şəhər meri bildirib.