Təhqirlərə dözməyən futbolçu azarkeşlərlə əlbəyaxa davaya çıxdı - VİDEO

16:56 15-09-2020 4

Almaniyanın “Hamburq” klubu ilə Drezden “Dinamo”su arasında keçirilən görüşdən sonra futbolçulardan biri ilə azarkeşlər arasında qalmaqal yaşanıb.

 “Championat” xəbər verir ki, “Hamburq”un rəqib komandaya 1:4 hesabı ilə uduzmasını həzm edə bilməyən bəzi fanatlar futbolçulara qarşı xoşagəlməz ifadələr işlədib.

Oyun bitəndən sonra isə “Hamburq”un futbolçusu Toni Leyster tribunaya qalxaraq bir qrup azarkeşlə əlbəyaxa olub.