Beyrutda növbəti yanğın: Bu dəfə ticarət mərkəzi yandı - VİDEO

13:54 15-09-2020 3

Livanın paytaxtı Beyrutda ticarət mərkəzində yanğın başlayıb.

“Reuters” xəbər verir ki, sözügedən mərkəz məşhur arxitektor Zaha Hadidin layihəsi əsasında tikilib.

Yanğının artıq söndürüldüyü bildirilir. Ticarət mərkəzində neçə ildir gedən tikinti başa çatmaq üzrə olub.

Hadisə nəticəsində xəsarət və təlafat barədə rəsmi məlumat verilmir.

İlkin məlumatlara görə, ticarət mərkəzi qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən alovlanıb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda güclü partlayış nəticəsində 190 nəfər həlak olub, 6 000-dən artıq insan yaralanıb.