“Azercell”dən Bilik Günü təbriki - FOTO

13:18 15-09-2020 3

“Azercell Telekom” MMC ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindirib.

Ölkənin lider mobil operatoru “Azercell” hər zaman olduğu kimi, çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub.

Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur “Busuu” mobil tətbiqetməsinə abunəlik kodları təqdim edib.

“Azercell” şirkəti 2016-cı il Aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Belə ki, şirkət tərəfindən həmin döyüşlərdə həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edilib. “Azercell” onlara təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.

Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Bu bayram günündə birincilərə tədris materiallarını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

“Azercell” Bilik Günü münasibətilə bütün məktəbliləri və tələbələri təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayır!

Gənclərin təhsil və inkişafına dəstək “Azercell Telekom”un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış “Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25 mindən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.