Birincilər ilk dərs günündə - FOTO

13:15 15-09-2020 4

Bu gün “Bilik Günü”dür. Hər il təmtəraqlı şəkildə qeyd olunsa da, bu il nə “İlk zəng” çalındı, nə də əllərində gül dəstələri ilə müəllimlərin görünüşünə tələsildi.

Pandemiya ilə əlaqədar karantin qaydalarının tələblərinə uyğun olaraq birincilər parta arxasında tək oturdular.

Məktəb binasına buraxılan balacaların hər birinin hərarəti ölçüldü. Birincilər arasında qoruyucu maskadan istifadə edən də oldu, etməyən də.

Pandemiya olmasına baxmayaraq bu gün onlar yeni bir həyata addım atdılar. Əvvəlki illərdən fərqli olaraq, bu il, daha diqqətli, daha ehtiyatlı və daha böyük cəsarətlə.

“Bilik Gününüz” Mübarək, əziz birincilər!