ABŞ-da meşə yanğınları davam edir: Onlarla insan həlak olub - VİDEO

10:43 15-09-2020 4

ABŞ-ın Oreqon ştatında davam edən meşə yanğınları nəticəsində 10 nəfər həlak olub, 22 nəfərin itkin düşdüyü ehtimal edilir.

“Katu” agentliyi bu barədə Oreqon ştatının qubernator Keyt Brauna istinadən məlumat yayıb.

K. Braun ştatda fövqəladə vəziyyətin elan edilməsi üçün ABŞ Prezidenti Donald Trampa müraciət etdiyini bildirib.