AMEA müsabiqə elan edir

10:06 15-09-2020 4

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) müsabiqə elan edir. 

AMEA-dan verilən məlumata görə, vakant yer İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsində şöbə müdiri (1 yer) vəzifəsi üçün nəzərdə tutulub. 

Müsabiqədə sosiologiya, psixologiya, iqtisadiyyat, fəlsəfə və tarix üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən bir ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ1143, H.Cavid prospekti 115, 2-ci mərtəbə; 
Telefon: 0125395134; E-mail: [email protected]