Koronavirusun xəstənin ölümünə gətirən ən “aqressiv” ştamları özünü məhv edə bilər

09:06 15-09-2020 4

Koronavirus infeksiyasının xəstəliyin ağır keçməsinə səbəb olan və ya ölümə gətirən ən “aqressiv” ştamları özünü məhv edə bilər.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyanın Seçenov Universitetinin Kliniki İmmunologiya və Allerqologiya şöbəsinin rəhbəri Aleksandr Karaulov deyib.

Akademik bu prosesin pandemiya ilə mübarizə və epidemioloji vəziyyəti yaxşılaşdırmaq üçün tətbiq olunan tədbirlər fonunda baş verə biləcəyini əlavə edib.

Onun sözlərinə görə, bu vəziyyətdə “təkamül prinsipi” fəaliyyətə başlayacaq, bu da “orta dərəcədə patogenlik” ştamlarının qorunması ilə nəticələnəcək. Alim bunların da öz növbəsində həmişəlik qala biləcəklərini vurğulayıb.