Roberto Karlosun 100 yaşlı nənəsi koronavirusa qalib gəldi - FOTO

07:45 15-09-2020 6

Braziliyalı sabiq futbolçu Roberto Karlosun nənəsi koronavirusa qalib gəlib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, bir aydır ki, xəstəxanada müalicə alan 100 yaşlı Gismalia Dos Santos da Silva artıq evinə buraxılıb.

Qeyd edək ki, COVID-19-un ən geniş yayıldığı ölkələrdən biri Braziliyada 4,3 milyondan çox yoluxma qeydə alınıb, 131 mindən artıq insan həyatını itirib.