“Azərişıq” sədri federasiya prezidenti oldu - YENİLƏNİB + FOTO

18:00 22-12-2021 18

Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.

milletinsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Milli Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib. Qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insan sağlamlığının təmin edilməsində xüsusi rol oynayır. Federasiya prezidenti bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

12:14

Azərbaycan Milli Avarçəkmə Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

milletinsesi.info-ın xəbərinə görə, bu gün saat 15:30-da qurumun prezidenti seçiləcək.

Seçki prosesi ənənəvi olaraq Gənclər və İdman Nazirliyinin binasında baş tutacaq.

Qeyd edək ki, 2006-cı ildə yaradılmış Milli Avarçəkmə Federasiyasının hazırkı prezidenti iş adamı Elçin Zeynalovdur.

Səbuhi Musayev