Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu olub - VİDEO

23:00 16-12-2021 19

Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində World Cossack Fight Federation (WCFF) təşkilatının təşkil etdiyi dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusifov yarışın qalibi adını alıb. Turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.

Qeyd edə ki, Nicat Yusifov iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da eyni rəqibi məğlubiyyətə uğradıb.