Ronaldu beşinci dəfə ata olacaq – FOTO

19:55 28-10-2021 5

“Mançester Yuneyted”in hücumçusu Kriştianu Ronaldu və sevgilisi Corciniya Rodriges valideyn olmağa hazırlaşırlar.

Bu barədə ulduz futbolçu “Instagram” səhifəsində paylaşım edib.

“Əkiz övladlar gözlədiyimizi xəbər verməkdən məmnunan. Qəlblərimiz sevgi ilə doludur. Sizinlə görüşümüzü səbirsizliklə gözləyirik”, -deyə Ronaldu qeyd edib.

Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.

Xatırladaq ki, 36 yaşlı hücumçunun Kriştianu və Mateo adında iki oğlu, həmçinin Eva və Alana adlı iki qızı var.