Xərçənglə mübarizə aparan məşhur aktyor səhnəyə qayıdır

07:00 20-10-2021 2

Türkiyədə çəkilən “Arka Sokaklar” serialında oynadığı rolla məşhurlaşan, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan aktyor Boğaç Aksoy yenidən səhnəyə qayıdır.

B.Aksoy rejissor Volkan Karataşın çəkilişləri 2022-ci ilin qış aylarında başlayacaq filmi ilə yenidən fəaliyyətə başlayacaq.

Məşhur aktyorun filmdə baş rolu ifa edəcəyi bildirilir.

Hazırda Boğaç Aksoyun müalicəsinin davam etdiyi vurğulanır.