BOZ ÇÖLLƏRƏ HƏYAT GƏLİR

10:35 09-10-2021 8

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tərtər və Suqovuşanda keçirdiyi görüşlər, xüsiusilə burada Azərbaycan bayrağını qaldırması biz vətəndaşlara yeni ruh gətirmiş, gələcəyə inam hissini bir daha yüksəltmişdir. Prezident canlı faktlarla bəyan etmişdir ki, Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Həmin su anbarının strateji əhəmiyyəti böyükdür. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.
Tərtər rayonu, Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı 28 il ərzində işğal altında olub. İşğal altında olduğundan yüz mkinlərlə torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kub metr olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.
Sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra “Suqovuşan” su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb.
Kəndlərin sakinləri deyirlər ki, bu ərazilərə öz axımı ilə suyun verilməsi, eyni zamanda, ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. 30 illik ekoloji terror Azərbaycanın Suqovuşanı kəndinin işğaldan azad edilməsi ilə sona çatdı. Tərtər çayı bolsulu axır. Ermənistan məqsədli şəkildə su axınını daim dayandırırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekotarazlıq təmin ediləcək. Bütünlükdə Azərbaycan bu sahədə xeli mənfəət əldə edəcək ki, bu da vətəndaşlarımızı olduqca sevindirir və tərəqqi yolunda yeni uğurlara ruhlandırır.
Rəna Qəhrəmanova, Günəşli kənd sakini