XALQIMIZIN TALEYİNDƏ TARİXİ GÜN

10:38 06-10-2021 7

3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Müasir müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır.
İlk növbədə qeyd etməliyik ki, Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmaqdan xilas etdi. Bütün bunlara görə, xalqımız Heydər Əliyev ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. H. Əliyev hakimiyyətə qayıtddıqdan sonra ölkədə başa alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, törpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və nailiyyətlərin təməli qoyuldu. H.Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.
Ən əsası da odur ki, nailiyyətlər heç də boş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bu günkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı fenomen insan Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən islahatların sayəsndə biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik. Hələ 1969-cu ildə yaradılmış təməl məhz Heydər Əliyev tərəfindən qoyulduğu üçün sarsılmazdır.
Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır. Hazırda dövlətimizin həyata keçirtdiyi tədbirlər sayəsində biz beynəlxalq təcriddən çıxmışıq, nizami ordumuz vardır, beynəlxalq miqyasda əməkdaşlığımız gündən-günə genişlənir, dövlətin milli maraqları qorunmaqdadır. Bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni iş yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir. Azərbaycan dövləti və xalqı bütün nailiyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur.
Rizvan Mehtiyev, müəllim