Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlanıb

08:20 30-10-2020 6

“Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlayıblar.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genom və post-genom tədqiqat qrupunun rəhbəri Anna Speranskaya bildirib.

“Rusiyada yaşayan yarasalarda bəzi koronavirus növləri var. Bunlar hansılardır? Bu, araşdırma mövzusudur”, - deyə o, bildirib.

Speranskaya vurğulayıb ki, tədqiqatlar yarasalarda da tapılan bir sıra digər virusların genom ardıcıllığını müəyyənləşdirməyə imkan verib.

Mütəxəssis yarasaların insan üçün təhlükəli virusları da daşıya bilən tülkü və ya kirpi kimi digər vəhşi heyvanlardan daha təhlükəli olmadığını açıqlayıb.

“Təhlükədən uzaq durmaq üçün yarasalara toxunmamaq, onların yuvasına girməmək və yaşayış yerlərini məhv etməmək kifayətdir”, - deyə tədqiqat qrupunun rəhbəri xəbərdarlıq edib.