Yaponiyada elektrikli nəqliyyat üçün yeni nəsil batareyaların hazırlanmasına dövlət dəstək göstərəcək

06:35 30-10-2020 9

Yaponiya hökuməti elektrikli nəqliyyat vasitələri üçün yeni növ batareyaların inkişafı ilə məşğul olan özəl şirkətlərə maliyyə yardımı göstərmək niyyətindədir.

Bu barədə ölkənin yerli qəzeti “Yomiuri” məlumat verib.

Bildirilir ki, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu ilin sonunadək belə batareyaların hazırlanmasında biznesə dəstək olmaq üçün xüsusi strategiya hazırlamağı planlaşdırır.

Yaponiya səlahiyyətliləri bu cür yeni nəsil batareyaların yaradılması ilə məşğul olan şirkətlərə subsidiyalar və digər güzəştlər vermək niyyətindədirlər.

Avtomobil istehsalı Yaponiya iqtisadiyyatının əsaslarından biridir və milli sənaye istehsalının təqribən 20%-ni təşkil edir.

Elektrikli nəqliyyat vasitələrinin inkişafına kömək etmək Tokionun 2050-ci ilə qədər karbon qazı və digər qlobal istiləşmə istixana qazlarını tamamilə ortadan qaldırmaq strategiyasının bir hissəsi kimi görülür.