Bəzək əşyası kimi istifadə etdiyi əşya itkin düşmüş şəxsin kəllə sümüyü çıxdı - FOTO

05:10 30-10-2020 8

2012-ci ildə yoxa çıxan insana məxsus kəllə sümüyü başqa bir şəhər sakininin evində kamin üzərində bəzək əşyası kimi istifadə edilib.

KXAN telekanalının məlumatına görə, hadisə ABŞ-ın Kolorado ştatında yaşanıb.

Bildirilir ki, Morqan şəhərinin şerifinə yerli sakinlərdən birinin evində rəfdə günəş eynəkli kəllə sümüyü barədə xəbər verilib.

Evin sahibi isə kəllə sümüyünü 2019-cu ilin martında Qobi şəhəri yaxınlığında tapdığını və tapıntıdan bəzək elementi kimi istifadə etmək qərarına gəldiyini deyib.

Polis kəlləni ekspertizaya yollayıb. DNT analizi nəticəsində onun 2012-ci ildə yoxa çıxan 79 yaşlı Uilli Makkennə aid olduğu aydınlaşıb.

“O vaxtlar Makkennin yaxın qohumu tərəfindən (hansı ki, o da indi vəfat edib) öldürülə biləcəyi barədə söz-söhbətlər gəzirdi”, - deyə rayon prokuroru Rassell Conson hadisə ilə bağlı bildirib.

Müstəntiqlər kəllənin tapıldığı ehtimal olunan yerdə axtarışlara başlayıblar. Həmçinin, yerli camaatdan Makkennin ölümü ilə bağlı məlumatların paylaşılması istənilib.