Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu keçdi - STATİSTİKA

09:30 26-10-2020 10

Dünyada 43 346 185 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə milletinsesi.info-ın qeyd olunur.

Virusdan 1 159 093 xəstə ölüb, 31 904 913 nəfər sağalıb.

Asiyada 13 157 862, Şimali Amerikada 10 646 876, Cənubi Amerika 9 365 460, Avropada 8 411 158, Afrikada isə 1 727 897 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 889 179 nəfər), Hindistan (7 909 959 nəfər), Braziliya (5 394 128 nəfər), Rusiya (1 513 877 nəfər), Fransa (1 138 507 nəfər), İspaniya (1 110 372 nəfər), Argetina (1 090 589 nəfər) və Kolumbiyadır (1 015 885 nəfər).

İranda 568 896, Türkiyədə 361 801, Ermənistanda 77 837, Gürcüstanda isə 28 431 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 49 959 nəfərin 671-i ölüb, 41 279-u sağalıb.