İranın Ali Rəhbərinin ölkəmizdəki nümayəndəsi: “İran və Azərbaycan xalqları bir-birinin yanındadırlar” - VİDEO

01:10 29-09-2020 7

İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa Qarabağdakı son hərbi toqquşmalar haqqında danışıb. 

O bildirib ki, İran və Azərbaycan xalqları bir-birinin yanındadırlar:

“İşğalçılığı pisləyirik. Qarabağ Azərbaycanın ərazisidir və bu yolda öldürülənlər şəhiddirlər”.

İran rəsmisi həmçinin Azərbaycan hərbçilərinə uğurlar arzulayaraq qazandıqları qələbə münasibətilə təbrik edib.