Suares “Barselona”da keçirdiyi sonuncu mətbuat konfransında göz yaşlarına hakim ola bilmədi - VİDEO

03:20 25-09-2020 9

“Barselona” ilə yollarını ayıran uruqvaylı hücumçu Luis Suares Kataloniya klubunu göz yaşları ilə tərk edib.

Görüntülər klubun rəsmi “Twitter” səhifəsində dərc olunub.

“Barselona” klubunu tərk etməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında uruqvaylı futbolçu emosiyalarına hakim ola bilməyib.

“Bu mərhələ bitdi və qazandığım bütün nailiyyətlərlə fəxr edirəm. Bütün azarkeşlərə sonsuza qədər minnətdaram”, - deyə futbolçu qeyd edib.