Valideynləri onlayn dərs keçən zaman uşaq eyvandan yıxılıb öldü

01:10 25-09-2020 11

Türkiyənin Konya şəhərində müəllim ər-arvad onlayn dərsdə olan zaman azyaşlı uşaqları həyatını itirib.

Sondakika.com xəbər verir ki, Mustafa Bayram və Dəniz Bayram onlayn dərs keçdikləri zaman bir yaş səkkiz aylıq qızları Kumsalı baxması üçün qonşuya veriblər.

Uşaq yeddinci mərtəbədə yaşayan qonşunun eyvanından yıxılaraq ölüb.

Uşağın həvalə edildiyi qonşu nəzarətə götürülüb.