“Qalatasaray” pley-offa yüksəldi, "Beşiktaş" avrokuboklarla vidalaşdı

00:15 25-09-2020 8

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlməyi bacarıb.

“Aslanlar” III təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubunu məğlub ediblər - 2:0.

Qolların müəllifləri Yunes Belhanda və Rayan Babeldir.

“Qalatasaray”dan fərqli olaraq, Türkiyənin digər iki təmsilçisi “Alanyaspor” və “Beşiktaş” uğursuz çıxış edərək, avrokuboklarla vidalaşıblar.