Co Baydenə kömək edən “Netflix” aktyoru yeniyetmələrdən əxlaqsız şəkillər tələb edib - FOTO

15:56 15-09-2020 4

FTB “Netflix” ulduzu Jerry Harrislə bağlı istintaqa başlayıb.

Bu bərədə “Fox News” xəbər yayıb.

“Cheer” sənədli filmində rol alan Harris, yetkinlik yaşına çatmayanlardan ədəbsiz fotoşəkil tələb etməkdə şübhəli bilinir. FTB-nin Harrisin evi üçün axtarış qərarı tələb etdiyi məlumdur.

Harrisin sözçüsü mediaya açıqlamasında bütün deyilənlərin aktyor özü uşaq olanda baş verdiyini bildirib.

“İstintaq başa çatdıqda həqiqətin ictimaiyyətə açıqlanacağına əminik”, - deyə o əlavə edib.

Harrisə rəsmi ittiham irəli sürülməyib. Aktyorun seçki kampaniyası dövründə keçmiş vitse-prezident və prezidentliyə namizəd Co Baydenə kömək etdiyi məlumdur.