Pəncərə silən qadın dördüncü mərtəbədən yıxılıb öldü

15:00 22-12-2021 8

Bakıda ölüm hadisəsi baş verib.

Sonxeber.az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü Türkan (soyadı bilinmir) səhər saat 07:00 radələrində pəncərə silərkən 4-cü mərtəbədən yıxılaraq ölüb.

Hadisə Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində baş verib.

Mərhumun bir qız və bir oğlan övladı var.