Myanmada torpaq sürüşməsi: 100-dən çox şəxs itkin düşdü

15:00 22-12-2021 45

Myanmada Kaçin ştatının Phakan bölgəsindəki nefrit karxanasında torpaq sürüşməsi baş verib.

Nəticədə 100-dən çox podratçı və axtarışla məşğul olan şəxs itkin düşüb, azı 10 nəfərin öldüyü təxmin edilir.

Fəlakətli nəticələrə səbəb olan sürüşmələr tez-tez Phakan bölgəsindəki nefrit karxanalarında baş verir.

Ağır texnikanın işlədiyi karxanaların müdiriyyəti həm də fərdi şəxslərə işləmək imkanı verir, onlar tez-tez karxananın anbarında məskunlaşır və maşınların buraxdığı daşları axtarırlar. Karxanada sürüşmə zamanı ən çox ölənlər axtarışla individual məşğul olanlardır.

Mənbə: RİA Novosti