200 metrlik uçurumdan yıxılsa da, sağ qaldı - VİDEO

22:01 16-12-2021 14

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda qar əyləncəsi üçün Boğazova bölgəsinə çıxan Feyyaz Yılmaz uçuruma yuvarlanıb.

Yanında olan həyat yoldaşı fövqəladə hallar əməkdaşlarına müraciət edib. Nəticədə xilasedicilər donmaqda olan 37 yaşlı Yılmazı uzun müddət mübarizədən sonra uçurumdan çıxarıblar.

Dəniz səviyyəsindən 1200 metr yüksəklidə olan yerdən 200 metrlik uçuruma yıxılan kişi möcüzəvi şəkildə sağ qalıb.

Xəstəxanaya yerləşdirilən Yılmazın vəziyyətinin yaxşı olduğu bildirilir.

Mənbə: İHA