Goranboyda yeniyetmə dəm qazından zəhərlənib

22:01 16-12-2021 11

Goranboyda zəhərlənmə hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Veyisli kəndində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü A.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

A.İsmayılovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalara başlanılıb.