Elxan Məmmədov UEFA-nın iclasında hesabat verib

21:00 16-12-2021 8

UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Azərbaycan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, toplantıya AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da qatılıb.

O, sədri olduğu Avropa futbol qurumunun Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) illik fəaliyyəti barədə hesabat məruzəsi ilə iclasda çıxış edib.