Azərbaycanda vətəndaş itləri güllələdi - FOTO/VİDEO

19:01 16-12-2021 5

Bərdə rayonunda vətəndaş itləri güllələyib. 

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, hadisə rayonun 866-cı qəsəbəsində baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan milletinsesi.info-a bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə götürülüb:

“Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət