Sabirabad bazarındakı qiymətlərdən giley edən sakinlər - VİDEO

18:02 16-12-2021 3

Sabirabad bazarında istənilən növ məhsula rast gəlmək olar, təkcə alıcıdan başqa. Əvvəlki aylarla müqayisədə bazarda alver edən yoxdur.

Son vaxtlar kənd təsərrüfatı məhsullarında müşahidə olunan qiymət artımı bazara üz tutan müştərilərin də sayının azalmasına səbəb olub.

Əsas qiymət artımı kartof, soğan, kələm və alma kimi məhsullarda özünü göstərir. Hazırda qiymət artımı əsasən kənd təsərrüfatı məhsullarında müşahidə olunsa da, Sabirabad sakinləri Yeni il qabağı ət və balıq məhsullarının da bahalaşacağından gileylənir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: